Yeni araşdırma: Dişlərimizin sayı nə qədər yaşayacağımızı deyir
Dişləri çəkmək və yerini boş saxlamaq ən yanlış seçimdir. ..
YENİ ARAŞDIRMA: Dişlərimizin sayı və vəziyyəti ilə erkən ölüm riski arasında bir bağlantı var.
Yapon alimlərinin (Osaka Universiteti) 190 mindən çox yaşlı insan üzərində apardığı yeni araşdırma dişlərimizin vəziyyəti ilə ömrümüz arasındakı birbaşa əlaqəni müəyyən edib. Tədqiqat göstərir ki, ağızda qalan dişlərin sayı və onların klinik vəziyyəti insanın ümumi sağlamlıq risklərini proqnozlaşdırmağa imkan verir.
🚩Əsas məqamlar bunlardır: Diş sayı faktoru: Heç bir dişi olmayan yaşlıların erkən ölüm riski, 21 və ya daha çox dişi olanlara nisbətən 1.7 dəfə daha yüksəkdir. Müalicənin önəmi: Alimlər müəyyən ediblər ki, plomblu dişlər də sağlam dişlər qədər aşağı ölüm riski ilə əlaqəlidir. Bu, dişlərin çəkilmək əvəzinə müalicə edilməsinin ömrü uzatdığını göstərir. Əsas məsələ ağzımızda dişlərin olmasıdır: Çürük dişlərin plomlanması və ya implantlar daha yaxşıdır. Dişləri çəkmək və yerini boş saxlamaq ən yanlış seçimdir.
🚩Bəs dişsizlik niyə ölüm riskini artırır? Alimlər bunu 2 əsas səbəblə izah edirlər: Xroniki iltihab: Diş əti xəstəlikləri və çürüklər bədəndə iltihaba yol açaraq ürək-damar sistemini zədələyir. *Qidalanma problemləri: Diş çatışmazlığı çeynəməni çətinləşdirir, bu isə sağlam qidalanmaya mane olduğu üçün bədəni zəiflədir.
Müəllif
Ceyhun Qurbanov


