Bilik dünyanı dəyişir!

Albert
Eynişeydi

Maraqlı faktlar, elmi-texnoloji xəbərlər, qısa sənədli filmlər və daha çoxu...

12 İLbirlikdəyik
8Minsan son 28 gündə postlarımı görüb
547Kinsan səhifələrimi izləyir
Albert Eynişeydi

Mən kiməm?

Albert Eynişeydi

Albert Eynişeydi

Bilik dünyanı dəyişir!

12 ildir ki, sosial mediada oxuduqlarımı, öyrəndiklərimi və dünyanı insanlarla paylaşıram.

2014-cü ildən etibarən sosial media səhifələrim vasitəsilə insanlarla dünyanın müxtəlif yerlərindən maraqlı faktlar, texnologiya, incəsənət, tarix, elmi tədqiqatlar və ixtiralar kimi mövzularda maraqlı məlumatlar paylaşıram. İzləyicilər üçün həm maarifləndirici, həm də maraqlı kontent təqdim edirəm.

Paylaşımlarımı özünəməxsus üslubda hazırlayıram və hazırda təxminən 535.000-dən çox izləyicim var. Hər ay paylaşımlarım milyonlarla insana çatır. Yerli və qlobal səviyyədə tanınmış bir çox brendlə əməkdaşlıq etmişəm.

Sosial media fəaliyyətimlə yanaşı, artıq 8 ildir ki, reklam sahəsində kopirayter kimi çalışıram. Məqsədim — Azərbaycan dilində keyfiyyətli məzmun yaratmaq və insanlarımız üçün dünyaya açılan bir pəncəyə çevrilməkdir.  Paylaşımlarımda hər zaman rəsmi mənbələrə istinad edirəm, bu da izləyicilərim arasında etimad qazanmağımda önəmli rol oynayıb.

Bu işi sevirəm — oxuduğum və araşdırdığım maraqlı yazıları, kəşfləri insanlarla bölüşməyi sevirəm. Çünki inanıram ki, məlumatlar insanı, insanlar isə dünyanı dəyişəcək.