"Dünyanın ən çirkin qadını" müsabiqəsinin qalibi
Onun çox ac həyat hekayəsi var...

Mary Ann Bevan adlı bu xanım 32 yaşında nadir sayılan "akromeqaliya" adlı hormonal xəstəliyə tutulur. Xəstəlik nəticəsində onun üzündə və bütün bədənində asimmetrik böyümələr baş verir. Bu xəstəlik çox şiddətli ağrılarla müşahidə olunan bir xəstəlikdir.
Xanım 1914-cü ildə həyat yoldaşının qəfil vəfatından sonra iş tapmaqda çətinlik çəkir. Fiziki görünüşünə görə heç bir işə götürülməyən Bevan, 4 övladına baxa bilmək üçün İngiltərədə keçirilən “Dünyanın ən çirkin qadını” müsabiqəsinə qatılmalı olur. O, müsabiqədə qalib olur.
Bu tituldan sonra məşhurlaşan qadın, sirk və şoularda işləməyə başlayır.
Mary Ann Bevan gülüş obyekti olmasına baxmayaraq bu cür işlərdə çalışaraq uşaqlarını böyütməyə davam edir. Nəhayət uşaqlar böyüyür, fədakar qadın isə 1933-cü ildə 59 yaşında vəfat edir.

Mary xanımın uşaqları: Böyük oğlu dəniz qüvvələrində işləyir, ikinci oğlu mühəndis olur, digər qızı dərzi olur (dördüncü uşağı işin ilə bağlı məlumat yoxdur.
Müəllif
Ceyhun Qurbanov


