Bu adaya kişilərin girişi qadağandır
Burada ancaq xanımlar dincələ bilirmiş...
Bu adaya kişilərin girişi qadağandır. Finlandiya sahillərində yerləşən "SuperShe" adlı adaya ancaq qadınlar gedə bilər. Adanın işçiləri də qadındır. Xanımlar burada dincəlir, meşə gəzintisi, sahildə üzmək, yoqa, fitnes və digər fəaliyytlərlə məşğul olurlar.
Ərazisi 3 hektardan böyük olan adanı 2017-ci ildə Kristina Roth adlı amerikalı bir iş adamı satın alıb. O vaxt adada heç bir tikili yox imiş. Sonra Kristina buranı öz vəsaiti ilə qadınlar üçün lüks istirahət mərkəzinə çevirib. Kristinanın ideyasının əsasında qadınların kişilər olmadan daha rahat dincəlməkləri məntiqi dayanır.
Səhv başa düşməyin, ada pulsuz deyil... Bir həftəlik istirahətin qiyməti təxminən 4600 avrodur. Daha doğrusu idi. 2023-cü ildə Deyan Mihov adlı bir iş adamı adanı satın alana qədər. "SuperShe" adası artıq şəxsi mülkiyyətdir. İndi adaya nə kişilər, nə də qadınlar girə bilir...

Müəllif
Ceyhun Qurbanov


