Ən qüdrətli dövründə ən böyük əraziyə sahib 10 imperiya
Tarixin ən güclüləri...
Məşhur "Üzərində heç vaxt günəş batmayan imperiya" ifadəsi ilə tanınan Britaniya imperiyası 1920-ci ildə 35.5 milyon kv. km ərazisi ilə tarixin ən böyük imperiyası olub. Bu ərazi dünyanın hazırda ən böyük ölkəsi olan Rusiyanın ərazisindən 2 dəfə böyük ərazi deməkdir. 35.5 milyon kv. km dünyanın 1/4-dən də çoxdur (quru).
Tarixin ən böyük 10 imperiyası:
1. Britaniya imperiyası - 35.5 milyon kv. km / 1920-ci il;
2. Monqol imperiyası - 24 milyon kv. km / 1309-cu il;
3. Rusiya imperiyası - 22.8 milyon kv. km / 1895-ci il;
4. Tzin sülaləsi - 14.7 milyon kv. km / 1790-cı il;
5. İspaniya imperiyası - 13.7 milyon kv. km / 1810-cu il;
6. İkinci Fransa müstəmləkə imperiyası - 11.5 milyon kv. km / 1920-ci il;
7. Abbasilər xilafəti - 11.1 milyon kv. km / 750-ci il;
8. Əməvilər xilafəti - 11.1 milyon kv. km / 720-ci il;
9. Yuan imperiyası - 11 milyon kv. km / 1310-cu il;
10. Böyük Hun İmperiyası - 9 milyon kv. km / e.ə 176-cı il.
Onu da qeyd edim ki, siyahıda Göytürk xaqanlığı 17-ci, Osmanlı imperiyası 24-cü, Roma imperiyası 25-ci, Səfəvilər imperiyası isə 50-ci yerdədir...
🔴 Britaniya və 🔵 Fransa imperiyası / 1920-ci il:

Müəllif
Ceyhun Qurbanov


