Dünya,Səyahət
Tarixin ən böyük yol tıxacı
19 noyabr 2026
Bu tıxac tam 12 gün davam etdi...
Yolda rastlaşdığın ən ağır tıxac neçə saat çəkib? Bu rekordu eşidəndə halına şükür edəcəksən. İndiyə kimi qeydə alınan ən ağır yol tıxacı tam 12 gün boyunca davam edib. Həmin hadisə 2010-cu ildə Çində, G110 nömrəli Pekin-Tibet magistral yolunda baş verib.
Tıxac təxminən 100 kilometrlik məsafəni əhatə edib. Yolun bəzi hissələrində hərəkət bir neçə gün boyunca tamamilə dayanıb. Bəzi günlərdə isə sürücülər 24 saat ərzində cəmi 1 kilometr məsafə qət edə biliblər. Tıxacın əsas səbəbi yoldakı təmir olub.
Həmin hadisə zamanı yolüstü satıcılar suyun qiymətini təxminən 10 dəfə, qidanın qiymətini isə 4 dəfə qaldırıblar. İndi bir daha düşün.
C
Müəllif
Ceyhun Qurbanov


