Albert Eynişeydi
Bioqrafiya,Ölkələr

Rumıniyanın əfsanəvi qadın prokuroru

19 noyabr 2026

O, 55 kvadrat metrlik 2 otaqlı evdə yaşayıb...

Hər ölkəyə mütləq belə bir şəxs lazımdır. Söhbət Rumıniyanın əfsanəvi keçmiş baş prokuroru və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Laura Koveşidən gedir.

Laura, rəhbər olduğu illərdə vəzifəsindən asılı olmayaraq, nazirləri, merləri, hakim və prokurorları, polisləri, gömrük işçilərini və digər vəzifəli şəxsləri korrupsiyaya görə həbs etdirib. Söhbət bir neçə nəfərdən getmir, o, 5 il ərzində əli rüşvətə batmış yüzlərlə şəxsi tutub. Təsəvvür edin ki, Laura xanım hətta prezidentin doğma qardaşını da korrupsiya ilə ittiham etmişdi.

Yüksək vəzifələrdə çalışan xanım Laura Koveşi bəs özü necə yaşayırdı? O, 55 kvadrat metrlik 2 otaqlı evdə yaşayıb. Həmin evi də ipoteka krediti ilə alıb. Şəxsi maşını isə yox idi və çox sadə bir həyat yaşayırdı. Bu qadın ölkədə o qədər böyük etimad qazanıb ki, bu göstəriciyə görə Rumıniya Pravoslav Kilsəsinin patriarxını belə geridə qoyub. Xalq ona ürəkdən inanırdı. Amma bildiyiniz kimi, belə şeylər çox davam etmir.

2018-ci ildə ölkənin prezidenti nazirlərin də müraciəti ilə Laura Koveşini işdən azad etdi. Laura Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi və 2020-ci ildə həmin məhkəməni uddu. Bundan sonra o, 7 il boyunca Avropa İttifaqının ilk baş prokuroru kimi işləyib. Hazırda Laura Koveşi işsizdir...

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər