Bir qadın dünyaya həyatı boyunca neçə uşaq gətirə bilər?
Bir qadın bütün həyatı boyunca dünyaya neçə uşaq gətirə bilər? Nəzəri olaraq bu rəqəm 60-dan çoxdur. Bəs tarixdə bunu həqiqətən reallaşdıran qadın olubmu?
Bəli, Ginnesin Rekordlar Kitabına da düşən bu inanılmaz hadisə 18-ci əsrdə Rusiyanın Şuya bölgəsində baş verib. Kəndli Fyodor Vasilyevin birinci həyat yoldaşı təxminən 40 il ərzində (1725–1765-ci illərdə) 27 dəfə hamilə qalaraq ümumilikdə 69 uşaq dünyaya gətirib. Onun bu qədər çox uşaq doğmasının səbəbi hər dəfə çoxdöllü hamiləlik yaşaması olub: o, 16 dəfə əkiz, 7 dəfə üçəm və 4 dəfə dördəm doğub. O dövrün çətin tibbi şəraitinə baxmayaraq, uşaqlardan 67-si körpəlik dövrünü sağ-salamat keçərək böyüyüb.
Təəssüf ki, tarixə düşən bu qadının əsl adı məlum deyil, çünki o dövrdə Rusiyada kilsə və dövlət qeydiyyatlarında əsasən ailə başçısının — yəni kişilərin adı yazılırdı. İnternetdə tez-tez qarşımıza çıxan "Valentina" adı və onun ailəsinə aid olduğu iddia edilən köhnə fotolar isə tamamilə uydurmadır.

Müəllif
Ceyhun Qurbanov


