Albert Eynişeydi
Bioqrafiya,Faydalı

Maskanın altındakı qəhrəman

19 noyabr 2026

2012-ci ildə Amerika polisi yolda nömrə nişanı "Batman" bəzəkli bir "Lamborghini" avtomobilini saxlayır. Maşından "Batman" kostyumlu bir adam düşür. Həmin şəxs məsələni izah etdikdən sonra polislər onunla xatirə şəkli çəkdirirlər. Bu görüntülər sosial mediada sürətlə yayılır və kostyumun altındakı adam — yəni Lenni Robinson məşhur olur.

Bəs kim idi bu Lenni Robinson və niyə belə bir şey edirdi? O, şirkətləri olan milyonçu bir iş adamı idi. 2001-ci ildən xeyriyyə işləri ilə məşğul olurdu. Lenni "Batman" kostyumu geyinərək uşaq xəstəxanalarını ziyarət edir, onlara kitablar, hədiyyələr alır, söhbət edir və uşaqları ruhlandırırdı. Bu fəaliyyətini heç yerdə göstərmədiyi üçün, təbii ki, media bundan xəbərsiz idi. Ta ki, 2012-ci ildə məşhurlaşan həmin videoya kimi.

Lenni özünə 1960-cı illərin "Batman" televiziya serialında istifadə edilən avtomobilə bənzəyən xüsusi "Batmobile" hazırlatmışdı. 2015-ci ildə həmin avtomobillə bir xeyriyyə tədbirindən geri qayıdarkən maşının mühərrikində problem yaranır. Lenni maşını yolun kənarına çəkir və düşüb mühərrikə baxır. Arxadan gələn başqa bir avtomobil yolun yaxşı işıqlandırılmaması səbəbindən Lenninin avtomobilinə çırpılır.

Tez-tez yaxşı insanların başına gələn həmin pis hadisə baş verir. Lenni Robinson qəzada həyatını itirir. Superqəhrəman maskasının altındakı əsl qəhrəman gözlərini əbədiyyən yumur.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər