Albert Eynişeydi
Qəribə hadisə,Arxeologiya,Tarix

İçindən 1000 illik mumya çıxan heykəl

31 avqust 2026

Heykəl haqqınad maraqlı iddialar var

Təsəvvür edin ki, bazarda adi bir suvenir kimi satılan heykəlin içindən 1000 illik cəsəd çıxır...

Dünyada çox fərqli Budda heykəlləri var, amma beləsini görməmisiniz. Onun içində bir insan, daha doğrusu mumyalanmış bir rahib var.

Heykəl Çindəki bir məbəddən əldən-ələ keçərək, bazarlarda satılaraq Niderlanda kimi gəlib çatıb. Nəhayət, bir mütəxəssis onun qeyri-adi heykəl olduğunu hiss edib. Budda heykəlinin çəkisi ona məntiqli gəlməyib. Heykəl xəstəxanaya aparılaraq "KY"yə salınıb.

Beləliklə, heykəlin içində bir insan olduğu təsdiqlənib... Amma məsələ bununla bitmir. Onun haqqında çox maraqlı iddialar var.

Mütəxəssislər heykəlin içindəki mumyadan "DNT" nümunələri götürüblər. Əvvəlcə onun öz-özünü mumyalayan bir rahib olduğunu iddia ediblər. Bəli, Çində belə bir üsul var imiş. Rahib illərlə xüsusi qidalar qəbul edir, sonra bədənindəki bakteriyaları öldürmək və çürüməyin qarşısını almaq üçün zəhərli şeylər yeyir. Ən sonda isə bir qutuda tərpənmədən oturaraq ölənə kimi dualar edir.

Bu iddia əvvəlcə məntiqli görünürdü, amma sonra yeni testlər heykəlin orqanlarının olmadığını göstərdi. Bu nəticə isə ilk iddianı müəyyən qədər təkzib etdi. Mumyanın orqanlarının yerində, üzərində qədim Çin dilində yazılar olan bükülmüş kağızlar tapıldı.

Niderlandlı mütəxəssislər Budda heykəlinin içindəki adamın məşhur rahib "Liuquan" olduğunu bildirir. Çinlilər isə onun rahib "Zhanggong Zushi" olduğunu iddia edir.

Hər bir halda o, 1000 ildir zamanda donub qala bilən bir rahibdir...

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər