Cərrahlar niyə yaşıl rəng geyinir?
Bu rəng xəstələr üçün həyati əhəmiyyət daşıyır
Cərrahlar əməliyyat zamanı ağ xalat əvəzinə yaşıl geyinməsəydilər, xəstələr üçün həyati səhvlər edə bilərdilər.
Əslində, 20-ci əsrin əvvəlinə kimi bütün həkimlər əməliyyata ağ rəngli xalatlarla girirdilər. Sonra həkimlər, qüsursuz görünən ağ rəngli xalatların bəzi problemlər yaratdığını başa düşdü. Xəstənin qırmızı qanına fokuslanan həkimin gözləri, digər həkimlərin ağ rəngli geyiminə çevriləndə retinada xəyali ləkələr görünməyə başlayırdı. Ağ rəng həkimlərin gözünü qamaşdırır, baş ağrısı yaradır və onların səhv etməsinə səbəb olurdu.
Problemi həll etmək üçün əməliyyat otağı və həkimlərin geyimi yaşıl dəyişdirildi. Bəs niyə məhz yaşıl rəng? Bəs niyə məhz yaşıl rəng?
Çünki yaşıl rəng spektrumunda qanın rəngi olan qırmızı rəngin tam əks istiqamətində dayanır. Bu kəskin fərq cərrahın daha yaxşı görməsinə səbəb olur və onun əməliyyatda səhv etmə ehtimalını azaldır.

Müəllif
Ceyhun Qurbanov


