Varlıların bank hesablarından kasıbların hesabına pul köçürən bank müdiri.
Heç bir yaxşılıq cəzasız qalmır…
Bu film deyil, real hadisədir…
2009-cu il, İtaliya. Bank müdiri Gilberto Baschiera bir imkansız müştərinin kredit müraciətinin rədd edildiyini görür və qərara verir ki, sistemə öz üsulu ilə müdaxilə etsin. O, varlı müştərilərin hesabından gizli formada, az-az pul çəkərək maddi vəziyyəti pis olan müştərilərin hesabına pul köçürməyə başlayır.
Beləliklə, kasıb müştərilərin hesabında pul görünür və onlar asanlıqla kredit ala bilirlər. Bundan sonra bank müdiri pulları hesablara geri qaytaracaqdı. Amma bəzi müştərilər hesablarındakı pulu geri qaytarmırlar. Bank müdiri Gilberto, 7 ildə hesablara təxminən 1 milyon avro pul köçürür.
Sistemdəki boşluq nəzərə çarpır və “Robin Hud bankir” polis tərəfindən saxlanılır. Gilbertoya qarşı cinayət işi açılır. Məhkəmə ona əvvəlcə 2 il həbs verir. Amma Gilbertonun bu köçürmələr zamanı özünə 1 qəpik belə götürməməsi onun işini yüngülləşdirir. Verilən həbs cəzası təxirə salınır. Evini və işini itirən Gilberto Baschiera medyaya belə bir açıqlama verir: “Bəziləri heç bir şey baş verməmiş kimi davrandılar. Kömək etdiyim insanlardan həmrəylik görmədim. Bir daha eyni şeyi təkrar etmərəm.”
Müəllif
Ceyhun Qurbanov


