Ümumi hovuzlardakı sidik miqdarı
Araşdırma 31 fərqli hovuzdan götürülən 250 nümunə üzrə aparılıb...
Araşdırmalar göstərir ki, 830 tonluq böyük hovuzlarda təxminən 75 litr sidik olur.
Bu nəticələri Kanadada aparılan bir araşdırmada 31 fərqli hovuzdan götürülən 250 nümunə ilə təsdiqləyiblər. Yetkin insanlar arasında aparılan anonim sorğuda insanların 19 faizinin hovuza işədiyi məlum olub. Qəribə səslənir, amma tanınmış peşəkar üzgüçülər Ryan Lochte və Michael Phelps də bu davranışın qəbuledilən olduğunu deyir.
Əslində, sidik özü sterildir. Lakin onun tərkibindəki birləşmələr hovuzdakı dezinfeksiyaediciləri ilə reaksiyaya girərək yeni maddələri yaradır. Bu maddələr isə göz və tənəffüs yollarını qıcıqlandırır. Uzun müddətli belə madddələrin təsirinə məruz qalmaq isə daha ciddi problemlər yaradır.
Müəllif
Ceyhun Qurbanov


