Uçan gəmi əfsanəsinin elmi açıqlaması
Hər şey bir illuziyadır...

Heç dənizin ortasında səmada uçan gəmi görmüsünüz? Yox, bu görüntülər montaj deyil!
Tarix boyu dənizçiləri çaşdıran və qorxudan bu hadisəni, elm 19-cu əsrin əvvəllərində açıqlayıb. Bu bir optik illuziyadır və adı “Fata Morqana”dır.
Necə baş verdiyini izah edim. Normal halda ən aşağıda isti hava kütləsi olur. Hündürə qalxdıqca hava soyuyur. Amma soyuq suların üzərində məsələ fərqlidir. Bu halda soyuq hava kütləsinin üstündə isti hava kütləsi olur. Bu da işıq şüalarının həmin qatlardan keçərkən əyilməsinə və beynimizin uzaqdakı obyektləri fərqli formada görməsinə səbəb olur.
Bu proses bizə təkcə havada uçan gəmiləri göstərmir. Anormal formada uzanmış, enləmiş, əyilmiş formalı gəmilər görmək mümkündür.
Uzun sözün qısası! Bəzən gözlərimiz və beynimiz bizi aldadır. Elm isə hər zaman həqiqəti çatdırır.
Vizual izah:

Müəllif
Ceyhun Qurbanov


