İncəsənət
Tək dairəvi xətdən ibarət olan rəsm əsəri
26 iyun 2026
Bu sənət "Qravür" adlanır
İsanın çox rəsmi var. Amma bu rəsm fərqlidir. Ona yaxından və diqqətlə baxaq. Dairəvi xətləri görürsünüzmü? Əsər 150 metr uzunluğundakı tək bir qırılmaz dairəvi xətdən ibarətdir.
Bu əsəri Fransız rəssam Claude Mellan 1649-cu ildə hazırlayıb. O, rəsmi birbaşa kağız üzərində çəkməyib. Əvvəlcə mis lövhəni oyaraq dairələr düzəldib. Sonra dairələrin qalınlığını və hündürlüyünü dəyişərək işıq-kölgə effekti yaradıb. Nəticədə bu möhtəşəm əsər yaranıb. Daha sonra sənətçi lövhəni mürəkkəbə batıraraq kağıza köçürüb. Bu sənət "qravür" adlanır.
Rəssamın bu bənzərsiz əsəri 17-ci əsrin ən qəribə sənət nümunələrindən biridir.
C
Müəllif
Ceyhun Qurbanov


