Pul,İqtisadiyyat
Satılmayan evi maraqlı üsul ilə satmaq
21 iyul 2026
Bir qadın cəmi 2 funt sterlinqə evin sahibi oldu...
İngiltərədə satışa çıxardığı malikanəni sata bilmiyən bir adam, evi çox maraqlı bir üsul ilə satdı. Özü də dəyərindən daha çox qazanc əldə edərək.
Dunstan Low adlı şəxs 18-ci əsrə aid olan bu malikanəni 800 min funt sterlinqə satışa qoymuşdu. Amma evi alan yox idi. Axırda malikanə Marie Segar adlı bu qadının oldu. Özü də cəmi 2 funt sterlinqə...
Evin sahibi satılmayan evi satmaq üçün latareya keçirmişdi. Bir biletin dəyəri cəmi 2 funt sterlinq idi. Dunstan Low bilet satışlarından 900 min funt sterlinq qazandı. Bu pulun bir qismini xeyriyyə üçün xərclədi. Həm evi satdı, həm də xeyriyyəçi oldu. Əla biznes ideyasıdır, halal olsun!

C
Müəllif
Ceyhun Qurbanov


