Ruhlar evinizi ələ keçirib, yoxsa dəm qazından zəhərlənirsiniz?
Niyə insanlar tez-tez hallüsinasiyalar görürlər və qorxurlar?
Evinizi ruhların ələ keçirdiyini düşünürsünüzsə, böyük ehtimalla dəm qazından zəhərlənirsiniz...
Diqqətli olun. Çünki dəm qazından zəhərlənəndə insan bədənində bu cür dəyişikliklər olur. Dəri rəngi solğunlaşır, sinədə təzyiq, ağrılar başlyır və boğulma hissi yaranır. İnsanlar tez-tez hallüsinasiyalar görməyə başlayırlar və qorxurlar. Bütün bu amillər dünyanın müxtəlif yerlərində, müxtəlif fərqli hadisələrdə öz təsdiqini tapıb.
Gəlin həmin hadisələrdən birinə baxaq. 2017-ci ildə Carrie Poppy adlı bir jurnalist qadın yeni bir evə köçür. O, əvvəlcə evdə kiminsə onu izlədiyini hiss edir. Sinəsində sıxılma və ağrılar başlayır. Daha sonra isə pıçıltı səsləri eşidir. Günlər keçdikcə ağrılar artır və hallüsinasiyalar artır. Bütün bu hadisələr qadın ancaq həmin evdə olanda olur. Təbii ki, əvvəlcə qadın ruhlardan şübhələnir. Müxtəlif şeylər edir, amma işə yaramır.
Nəhayət, axırda o, bütün hadisəni mövzu ilə bağlı bir formun şikayət hissəsinə yazır. Saytda ona qaz borularını yoxlatmağı məsləhət görürlər. Yoxlanışdan sonra məlum olur ki, evdə qaz sızıntısı var. Bu yoxlanış əgər bir az da geciksəydi, qadın zəhərlənərək öləcəkdi. Problem həll olduqdan sonra qadın bir daha həmin hissləri yaşamır.
Qeyd: “Dəm qazı” - yəni Karbon monoksid rəngsiz, dadsız, qoxusuz qazdır. Adətən neft, odun, propan, kömür və ya digər yanacaqların yandırılması ilə ortaya çıxır. Havalandırma sistemi düzgün olmayan cihazlarda təhlükəli səviyyədə karbon monoksid toplana bilər. Siz də evinizdə ruhların olduğunu düşünürsünüzsə, əvvəlcə qaz sızıntısını yoxlayın.
Müəllif
Ceyhun Qurbanov


