Albert Eynişeydi
Tarix,Müharibə,Ölkələr

Qələbə fotosundakı sir

31 mart 2026

Bu tarixi fotonu hamınız görmüsünüz. Amma yəqin ki, bu maraqlı detala diqqət etməmisiniz…

Fotonun 2 versiyası var. Birində əsgərin qolunda 2 saat, digərində isə 1 saat var. Bəs orijinal foto hansıdır?

2 may, 1945-ci il. Berlin. Bu foto ukraynalı fotoqraf Yevgeni Khaldei tərəfindən çəkilib. Yevgeni Xaldey. Fotodakı dağıstanlı əsgər Abdulhakim İsmayılovun qolunda 2 saat var.

Bu foto orijinaldır. "Qolda bir saat" gördüyümüz fotonu "Aqanyok" jurnalı hazırlayıb və çap edib. Məqsəd Sovet əsgərini qarətçi kimi göstərməmək, onun imicini qorumaq olub. Kağız üzərindəki müharibə qanunlarına görə, silah-sursat istisna olmaqla düşmənin şəxsi əşyalarını götürmək qarət sayılır.

Həmin dövrdə yenə kağız üzərində bunun cəzası güllələnmə idi. Təbii ki, müharibə şəraitində cəbhədəki qanunlar asanlıqla dəyişir. İddiaya görə, Berlinə ilk bayraq sancan qruplar arasında azərbaycanlı qəhrəmanlar da olub.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər