Albert Eynişeydi
Elm,İxtiralar,Tibb

Qanaxmanı 1 saniyəyə dayandıran toz-spreyi

1 aprel 2026

Yaraya təzyiq etməyə belə ehtiyac yoxdur...

Cənubi Koreyalı alimlər həyati təhlükə yaradan ağır yaralarda belə qanaxmanı bir neçə saniyədə dayandıran xüsusi “toz-spreyi” hazırlayıblar.

Bu xüsusi toz yaraya vurulduğu anda qanla reaksiyaya girir və 1 saniyəyə qanaxmanı dayandırır. Yaraya təzyiq etməyə belə ehtiyac yoxdur. Qəza anında ilk 10 dəqiqə çox kritikdir.

Bu toz ilə ilk müdaxiləni etdikdə xəstənin sağ qalma ehtimalı 3 dəfə artır. İndiyə kimi heç bir vasitə ciddi damar yaralanmalarının bu sprey qədər qarşısını ala bilmirdi. Sözügedən “toz-sprey”, əsasən, ağır qəzalar və müharibələr üçün nəzərdə tutulub.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər