Albert Eynişeydi
Ölkələr,Təbiət,Rekordlar

Planetimizin ənləri, II Hissə (ölkələr)

1 aprel 2026

Dünyanın müxtəlif ölkələrindən maraqlı faktlar

Dünyanın ən çox piramidası olan ölkəsinin Misir yox, Sudan olduğunu bilirdinizmi? Gəlin planetimizin, ölkələr mövzusundakı ənlərinə birlikdə baxaq! Yaxından başlayaq...

  1. Dünyanın ən çox palçıq vulkanı olan ölkəsi: Azərbaycan.

  2. Dünyanın ən çox aktiv vulkanı olan ölkəsi: İndoneziya.

  3. Dünyanın ən çox rəsmi dili olan ölkəsi: Boliviya.

  4. Dünyada əhalisi ən çox fərqli dildə danışan ölkə: Papua-Yeni Qvineya

  5. Dünyada ən çox qonşusu olan ölkələr: Çin və Rusiya.

  6. Ən çox piramidası olan ölkə: Sudan.

  7. Sudan demişkən, dünyanın ən gənc müstəqil ölkəsi: Cənubi Sudan.

  8. Ən çox adası olan ölkə: İsveç.

  9. Ərazisinə görə, dünyanın ən kiçik ölkəsi: Vatikan.

  10. Ərazisinə görə, dünyanın ən böyük ölkəsi: Rusiya.

  11. Dünyanın ən uzun sahil xəttinə sahib ölkəsi: Kanada.

  12. Dünyada bayrağı düzbucaqlı olmayan yeganə ölkə: Nepal.

  13. Bayrağında hər iki üzü fərqli olan ölkə isə Paraqvaydır.

  14. Ən çox əhalisi olan ölkə: Hindistan. Ən az əhalisi olan ölkə: Vatikan.

  15. Dünyada ən çox gölü olan ölkə: Kanada.

  16. Dünyada ən çox çayı olan ölkə: Rusiya.

  17. Dünyada ən çox meşə sahəsinə sahib olan ölkə: Yenə Rusiya.

  18. Dünyada təbii meşə sahəsi olmayan ölkə: Qətər.

  19. Dünyada ən çox saat qurşağına sahib olan ölkə: Fransa.

  20. Dünyanın ən soyuq ölkəsi: Rusiya.

  21. Dünyanın ən isti ölkəsi: Mali Respublikası.

  22. Dünyanın ən çox qızıl ehtiyatına sahib olan ölkəsi: Avstraliya.

  23. Dünyanın ən çox neft ehtiyatına sahib olan ölkəsi: Venesuela.

Gördüyünüz kimi, dünyamız bir-birindən fərqli ölkələri və mədəniyyətləri ilə rəngarəngdir. Bu rəngarəngliyin hər zaman sülh və əmin-amanlıq içində yaşaması diləyi ilə... Növbəti videoda görüşənədək!


C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər