Albert Eynişeydi
Tibb,Qəribə hadisə

Öz beyin əməliyyatında skripka çalan qadın

26 iyun 2026

Həkimlər onun bu istedadını itirməsini istəmədilər

Beyin əməliyyatı olunan xəstə skripka çalır. Adama elə gəlir ki, bu video süni intellekt məhsuludur. Amma elə deyil. Bu görüntülər realdır və 2020-ci ildə Londonda - "Kings College Hospital"da qeydə alınıb.

53 yaşlı skripkaçı Dagmar Turnerin beynindəki şişi çıxarmaq lazım idi. Lakin həkimlər skripkaçının bu bacarığını itirməsindən qorxurdular. Bu səbəbdən qeyri-adi bir üsul seçdilər. Əməliyyat davam edərkən Dagmar Turner ayıq qalacaqdı və skripkasını ifa etməyə davam edəcəkdi.

Əməliyyat planlandığı kimi baş tutdu və uğurlu alındı. Təkcə skripka bacarığı yox əl hərəkətləri və müvazinət kimi funkisyaların bağlı olduğu beynin həssas hissəsi qorundu. Cərrahlar pasiyentə zərər vurmadan şişin 90%-ni çıxara bildilər.

Əla ideyadır. Bu əməliyyata bənzər başqa əməliyyatlar da edilib və nəticələr uğurludur! Elm, texnologiya və insan iradəsi birləşərək möcüzələr yaratmağa davam edir.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər