Albert Eynişeydi
Qəribə hadisə,Tibb,İdman

Ölümsüz olmaq istəyən adam - Bryan Johnson

3 may 2026

Texnologiya milyonçusunun "Blueprint" layihəsi

Bu adam ölümsüz olmaq üçün ildə 2 milyon dollar pul xərcləyir. O, hər gün 54 fərqli dərman və vitamin qəbul edir. Hazırda 48 yaşı var, amma orqanlarının yaşı 18-20-dir.

Bryan Johnson adlı texnologiya milyonçusu 42 yaşına qədər bizim “normal” dediyimiz həyatı yaşayıb. Ağır depressiyadan sonra tamamilə dəyişməyə qərar verib. Yoldaşından boşanıb, inandığı dini tərk edib, şirkətlərini satıb və özünü yenidən inşa etməyə qərar verib.

Hazırda onun gündəlik rutini belədir. Axşam saat 20:30-da yatır. Səhər saat 04:30-da yuxudan oyanır.

Saçlarının uzanması üçün başına 6 dəqiqəlik lazer diyodlu başlıq taxır. 1 saatlıq səhər məşqindən sonra bir qədər tərəvəz yeyir. Hüceyrələrini yeniləmək üçün 12 dəqiqə xüsusi qırmızı işıqda dayanır. Eşitmə qabiliyyətini yaxşılaşdırmaq üçün səs terapiyası qəbul edir. Daha sonra yenə tərəvəzlərini yeyir, bədənindəki müxtəlif göstəriciləri ölçür və məşqlərini edir. O, et və balıq yemir. Gün ərzində son yeməyini yatmadan 4 saat əvvəl yeyir.

Bryan həyatını dəyişdirməyə qərar verəndə 42 yaşı var idi və bu vəziyyətdə idi. Əvvəlki görüntülərinə baxanda sanki tamam başqa bir adam görürük.

Onun ən çox müzakirələrə səbəb olan qərarı öz oğlundan özünə gənc qan plazmaları köçürməsi idi. Bryan özü isə öz qan plazmalarını atasına köçürmüşdü.

Bryan Johnson “Blueprint” layihəsi ilə qocalma sürətini 0.69-a endirib. Bu, hər 12 ayda cəmi 8 ay qocaldığını göstərir. O, - yuxu, dərmanlar, vitaminlər, idman, daimi yoxlamalar, müxtəlif prosedurlar, gen terapiyası və digər xidmətlər üçün ildə təxminən 2 milyon dollar pul xərcləyir.

Bryan Johnson ölümsüz olmaq istəyir. Onu daha yaxşı başa düşmək üçün “Netflix”dəki “Don't Die” adlı sənədli filmini izləyə bilərsiniz.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər