Bioqrafiya,İdman
Olimpiya oyunlarında qadağan edilmiş təhlükəli və möhtəşəm gimnastika hərəkəti
2 aprel 2026
Olimpiya oyunlarında dörd qızıl, iki gümüş medalı qazanan Olqa Valentinovna Korbut
Sovet gimnastı Olqa Valentinovna Korbut, 1972-ci ildə Münhendə keçirilən turnirdə çox təhlükəli bir hərəkət nümayiş etdirir.
Dünyada həmin dəqiqəyə qədər heç bir gimnast bu cür hərəkət göstərməmişdi. Olqa, asimetrik turniklərdə özünü geriyə doğru tullamışdı. Sanki görünməz bir tozsoran onu geri çəkirdi. Bu estetik, bənzərsiz və təhlükəli hərəkət dünya gimnastikasını dəyişdirdi.
17 yaşlı belarusiyalı qız tarix yazdı. Ümumilikdə Olqa Korbutun Olimpiya oyunlarında dörd qızıl, iki gümüş medalı var. O, ikiqat dünya çempionudur. “Korbut flip” adlı həmin hərəkət isə təhlükəli olduğu üçün qadağandır.
C
Müəllif
Ceyhun Qurbanov


