Albert Eynişeydi
Gündəm,Heyvanlar

Ölən balasını günlərlə özü ilə daşıyan ana delfin…

11 avqust 2026

"Fraggle" adlı delfi balasının yasını saxlayır...

Ölən balasından ayrıla bilməyən ana delfin onu günlərlə özü ilə daşıyır. Digər delfinlər isə onları izləyirlər. Bu təsirli davranış delfinlərin dərin yastutma və empatiya qabiliyyətinə sahib olduğunu bir daha sübut edir.

Ana delfin balasını günlərlə daşıdıqdan sonra, artıq öz həyatı üçün qidalanmağa məcbur olduğu çətin anda övladını qaranlıq dərin sulara buraxmalı olur.

Delfinləri müşahidə edən "Geographe Marine Research" təşkilatının məlumatına görə, "Fraggle" adını verdikləri bu ana delfinin son dörd balası da müxtəlif səbəblərdən ölüb. Xüsusilə qış aylarında doğulan körpə delfinlərin sağ qalmaq ehtimalı olduqca aşağı olur.

Təbiətin bu sərt qanunları bizə bir daha göstərdi ki, sevgi və kədər təkcə insanlara məxsus deyil.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər