O, portretləri fotoaparatla çəkilmiş kimi dəqiq çəkir
Hiperrealistik rəsm əsərləri

Bu şəkili görəndə yəqin ki, onun bahalı bir kamerayla çəkildiyini düşündün. Amma elə deyil. Bu rəsmi Marko Qrassi adlı bir rəssam əlləri ilə çəkib.
Saç tellərinə, xırda bədən tüklərinə, damarlara, hətta dəridəki nahamarlığa baxın. Mükəmməl işdir. Marko hər incə detalı düşünüb. Onun əsərlərində çox böyük bir əziyyət var. Markonun atası rəsm kolleksiyası olub. O, uşaqlıqdan incəsənətin içərisində olub.
Gənc italyan rəssam bu cür hiperrealistik rəsmlər çəkir. O, çox vaxt bir rəsmin üzərində bir neçə ay işləməli olur. Məsələn, bu əsəri hazırlamaq üçün Marko təxminən 3 il vaxt sərf edib.
Sosial mediada kontentləri bir neçə saniyəyə tükətdiyimiz bir dövrdə belə əsərlər görmək inanılmaz və möhtəşəmdir..

3 il ərzində çəkilən rəsm
Müəllif
Ceyhun Qurbanov


