Albert Eynişeydi
Faydalı,Müharibə

Nüvə partlayışından xilas olmaq üçün bunları etməlisiniz

1 aprel 2026

Partlayışın ilk 10 dəqiqəsi xilas olmaq üçün ən önəmli mərhələdir

Nüvə partlayışından xilas olmaq üçün bu 4 vacib mərhələni diqqətlə oxumalısınız.

Partlayış anı. İlk 1 dəqiqə. Özünüzü qoruyun.

Nüvə partlayışı çox güclü işıq, istilik və təzyiq dalğası ilə müşahidə olunur. İşığı gördüyünüz anda çöldəsinizsə, yerə uzanın, başınızı gizlədin. İşığa qəti baxmaq olmaz. Çünki bu işıq insanı kor edir. Partlayış anında içəridəsinizsə, pəncərələrdən uzaq durun. Partlayışın dalğası 30 və ya 60 saniyə sonra gəlir. Həmin anın gəlib keçməsinə qədər gözləyin.

İlk 10 dəqiqə. Gizlənin.

Partlayışın ilk 10 dəqiqəsi xilas olmaq üçün ən önəmli mərhələdir. Mütləq qapalı bir yerə girməlisiniz. Çünki radioaktiv tozun yerə enməsi təxminən 10 dəqiqə çəkir. Gizlənmək üçün ən ideal yer beton və ya kərpic binaların zirzəmisidir. Əgər zirzəmi yoxdursa, binanın ən mərkəzi nöqtəsinə keçməlisiniz. Qapı və pəncərələr bağlanmalıdır. Hissəciklərin çöldən içəri daxil olmaması üçün ən kiçik deşikləri belə tutmaq lazımdır. Avtomobildə gizlənmək sizə kömək etməyəcək. İlk 10 dəqiqədə içəri girə bilməsəniz, hansısa bir obyektin arxasına keçməli ağız-burnunuzu dəsmalla bağlamalısınız.

İlk 24 saat. Təmizlənin.

Əgər çöldən içəri daxil olmusunuzsa, bütün üst geyimlərinizi çıxarıb bir plastik torbaya qoymalı və ağzını bağlamalısınız. Tez adi suyla yuyunmaq lazımdır. Şampun və ya saç kremi istifadə etmək olmaz. Kondisioner və havalandırma kimi sistemləri qoşmaq olmaz. Ancaq ağzı bağlı qida və suları istifadə etmək olar. Böyük ehtimal internet kəsiləcək. Rəsmi xəbərləri radio vasitəsilə dinləyə bilərsiniz.

İlk 48 saat. Gözləyin.

Radiasiya ilk 24 saatda önəmli miqdarda azalacaq, amma hələ də ölümcül ola bilər. Olduğunuz məkanı öz başına tərk etmək olmaz. Kimisə axtarmaq üçün çölə çıxmaq olmaz. Hamı olduğu yerdə gizlənməlidir. Rəsmi orqanların hansı bölgənin hansı dərəcədə təhlükəsiz olduğunu təyin etməsini gözləyin. Ancaq rəsmi qurumların təxliyyə planı ilə hərəkət etməlisiniz. Təxliyyə zamanı maska taxın.

Qeyd: Bu məqalənin məqsədi cəmiyyətdə təlaş yaratmaq deyil, insanları məlumatlandırmaqdır. Ümid edirəm heç vaxt lazım olmaz. Amma hər bir halda bu məlumatı yaxınlarınızla paylaşın və onları məlumatlandırın.


C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər