Albert Eynişeydi
Qəribə hadisə

Nəhəng şirkətlər yuxularımıza reklam yerləşdirmək istəyir

14 aprel 2026

İşin içində “Xbox (Microsoft)”, “Coors”, “Burger King” kimi nəhəng şirkətlər var...

Böyük şirkətlərin alimlərlə birlikdə yuxularımıza reklam yerləşdirmək üçün araşdırmalar apardığını bilirdiniz? “Xbox (Microsoft)”, “Coors”, “Burger King” kimi nəhəng şirkətlər müxtəlif dövrlərdə bu araşdırmalar üçün büdcə ayırıblar. Nəticələri uğurlu hesab etmək olar.

Gəlin, bu 3 nümunəyə baxaq:

  1. 1993-cü ildə Harvard Universitetinin yuxu araşdırmaçıları 66 tələbə üzərində araşdırma aparmışdılar. Tələbələrdən bir mövzu seçməkləri və 1 həftə boyunca yatmadan əvvəl bu barədə düşünməkləri istənilmişdi. Araşdırmanın nəticəsində tələbələrin təxminən yarısı həmin mövzu ilə bağlı yuxu görmüşdü.

  2. Başqa bir araşdırmada iştirakçıların 3 gün boyunca bir neçə saat Tetris oyununu oynamaqları istənmişdi. Araşdırma bənzər nəticələr vermişdi.

  3. 2021-ci ildə “Coors” şirkəti 18 nəfər iştirakçı ilə birlikdə belə bir araşdırma aparmışdı. Şirkətin loqosunda dağlar və şəlalələr var. Yuxuya getmədən əvvəl bu insanlara 90 saniyəlik video göstərilib. Həmin videoda dağlar, şəlalər, sərin görüntülər və “Coors” pivəsi göstərilib. İştirakçılardan 5-i yuxuda “Coors” pivəsi gördüyünü bildirib.

Bəlkə də bu sistem artıq gizli formada tətbiq edilir. Yadınıza salmağa çalışın - axırıncı dəfə yuxuda hansı məhsulu görmüsünüz? :)

Gələcək maraqlı və bir az da qorxulu görünür...

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər