London metrosunda səslənən 50 illik səs…
Bu səs təkcə 1 stansiyada səslənir
Videoda dinlədiyiniz köhnə səs yazısı London metrosunun təkcə bir stansiyasında səsləndirilir. Həmin səs 2012-ci ildə dəyişdirilmiş və yeni bir səslə əvəzlənmişdi. İnsanların uzun illərdir öyrəşdiyi səs artıq yox idi. Elə həmin ərəfədə Margaret McCollum adlı bir qadın London metrosuna çox qəribə bir müraciət göndərdi. O, metroda səslənən əvvəlki anons səsinin bir nüsxəsini ona göndərməklərini xahiş etdi.
Bu qəribə istək London metrosunun əməkdaşlarını təəccübləndirdi. Onlar qadınla əlaqə saxladılar və məsələnin səbəbini öyrəndilər. Metrodakı səs qadının illər əvvəl vəfat etmiş həyat yoldaşı "Oswald Lawrence"in səsi imiş. Xanım ona görə tez-tez metroya gəlib yoldaşının səsini dinləyirmiş. London metrosu əvvəlki səs yazısını arxivdən taparaq qadına bağışladı. Bir müddət sonra isə Northern xəttindəki Embankment stansiyasında vəfat edən Oswaldın səsi yenidən səsləndirilməyə başlandı.
Qadın sadəcə üç sözdən ibarət səsi dinləmək üçün bir neçə qatarı buraxırmış. Əsl sevgi budur!

Müəllif
Ceyhun Qurbanov


