Gündəm,Heyvanlar
İti kanaldan xilas edən insanların heykəli qoyuldu
31 mart 2026
10 il sonra həmin yerdə, həmin anı yenidən canlandı...
İllər əvvəl insanların əl-ələ tutaraq iti, kanaldan xilas etdiyi məşhur video var idi. Yəqin ki, xatırlayırsınız. İndi hadisədən 10 il sonra həmin yerdə, həmin anı təsvir edən heykəl qoyulub. Möhtəşəm əsərdir.
Hadisə 2016-cı ildə Qazaxıstanın Almatı şəhərində olmuşdu. Bir-birini tanımayan bu insanlar bir məqsəd uğrunda birləşmiş və əl-ələ verərək iti kanaldan xilas etmişdilər.
Videonun məşhur olma səbəbi məhz bu insanların birliyi idi. Həmin anı ölümsüzləşdirən sənətçinin adı “Yerbosyn Meldibekov”dur.
Bu heykəl bizə sadə bir həqiqəti xatırlatdı. Qəhrəman olmaq üçün supergüclərə ehtiyac yoxdur. Bəzən bir-birimizin əlindən tutmaq kifayətdir.
C
Müəllif
Ceyhun Qurbanov


