İqtisadiyyat,Ölkələr,Pul
İranda nəzəri olaraq hamı “milyonçu”dur...
1 aprel 2026
10 min riala belə bəlkə bir ədəd kibrit qutusu düşər, ya düşməz...
İranda hamı nəzəri olaraq milyonçu sayılır. Amma bunun səbəbi orada hər kəsin varlı olması deyil, sadəcə pulun həddindən artıq dəyərsizləşməsidir. Hazırda İran rialı dünyanın ən zəif valyutalarından biri hesab olunur.
İranda rəsmi olaraq ən kiçik əsginas - 1000 rialdır, lakin bu məbləğ o qədər kiçikdir ki, demək olar ki, istifadə edilmir. 1000 rialla heç nə almaq mümkün deyil.
Hətta ondan on dəfə böyük olan 10 min riala belə bəlkə bir ədəd kibrit qutusu düşər, ya düşməz.
İranın ən yüksək nominalı olan 10 milyon riallıq bank çekləri isə bizim pulla təxminən 13 manat edir. Deməli İranda milyonçu olmaq bu qədər asan imiş.
C
Müəllif
Ceyhun Qurbanov


