Albert Eynişeydi
Məşhurlar,Bioqrafiya,Dünya

Instagram-da özünü varlı göstərən kasıb qız

26 avqust 2026

Elit təbəqəyə sızdı və milyonçuları aldatdı...

Bu gördüyünüz qız özünü varlı bir ailənin qızı kimi göstərərək Nyu-Yorkdakı elit təbəqəyə sızaraq onlarla zəngin adamı aldadıb.

Adı Anna Sorokindir. 1991-ci ildə kasıb bir ailədə Rusiyanın "Domodedovo" şəhərində anadan olub. Atası TIR sürücüsüdür. 16 yaşı olanda Almaniyaya köçüblər. 1 il sonra kurs keçmək üçün Nyu-Yorka gedib. Gediş o gediş...

Anna ilk olaraq saxta sənədlər hazırlayaraq banklardan 100 min dollarlıq kredit götürüb. Sonra özünə yeni instagram hesabı açaraq orada saxta bahalı həyatını insanlara göstərməyə başlayıb. Anna instagramda bahalı geyimlər, bahalı restoranlar, Apple cihazları, özəl idman müəllimləri və hətta özəl jet təyyarəsi ilə səyahətlərini paylaşıb.

Daha sonra o, lüks restoranlardakı işçilərə pul verərən zəngin müştərilərə onun haqqında danışmaqlarını istəyib. Özünü hamıya varlı bir alman iş adamının tək varisi kimi təqdim edib. Bu yolla varlı insanlarla tanış olub və yavaş-yavaş şəhərin elit təbəqəsinin içərisinə sızıb. Onların sayəsində bahalı hotellərdə qalıb və özünə çoxlu pullar xərclədiib.

Anna, “Anna Delvey Fondu” adlı fond quracağını deyərək ətrafındakı zəngin insanlardan xeyli pul alıb. Son dəfə bankdan 22 milyon dollarlıq kredit götürməyə çalışır, amma bunu bacarmır.

Ödənilməyən borclar və maliyyə qurumlarının şübhəsi onu zibilə salır. Nəhayət, 2017-ci ildə fırıldaqlarının üstü açılır və o, hakim qarşısına çıxarılır.

2 il sonra məhkəmə ona 4 ildən 12 ilədək həbs cəzası verir. 2021-ci ildə Annanın cəzası ev həbsi ilə əvəzlənir.

Anna Sorokinin bir fırıldaqçı kimi məşhurluğu "Netflix"in diqqətini çəkir. "Inventing Anna" sənədli filmi üçün Annaya təxminən 320 min dollar pul ödənilir. Həmin pulun 200 min dolları məhkəmə qərarı ilə təzminat kimi zərərçəkən şəxslərə verilir. Bir daşla iki quş. Həm borclarını ödəyir, həm də əlavə pul qazanır.

Məhkəmə qərarına baxmayaraq Anna Sorokin hələ də deportasiya olunmayıb və hələ də Nyu-Yorkda yaşayır. O, məşhurluğunu istifadə edərək müxtəlif şoularda çıxış edir və həyatına davam edir.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər