İndiyə qədər gördüyünüz ən inanılmaz təsadüflərdən biri...
39 il ərzində bir-birindən xəbərsiz olan əkiz qardaşların həyatında baş verən ortaq hadisələr
Həyatda təsadüflər olur, düzdür. Amma bu qədər təsadüf inanılmazdır. Ona görə də əvvəlcə məlumatın dəqiqliyini müxtəlif mənbələrdən təsdiqləyib, sonra bu videonu hazırladım.
Bu əkiz qardaşların adı Jim Lewis və Jim Springerdir. Doğumdan sonra onları bir-birini tanımayan başqa ailələr övladlığa götürüblər. Hər iki ailə uşağa “Jim” adını verib. Qardaşlar bir də 39 il sonra bir-birilərini tapıb görüşüblər.
Amma həmin 39 il ərzində bir-birindən xəbərsiz olan əkiz qardaşların həyatında bunlar baş verib: Hər iki qardaşın yeni ailəsində ögey qardaşları olub və hər ikisində həmin qardaşın adı “Larry”dir. Hər iki qardaşın uşaq vaxtı “Toy” adlı iti olub. Qardaşlar hüquq-mühafizə sahəsində təhsil alıblar və hər ikisi şerif işləyib. Hər iki qardaş “Linda” adlı qadınla evlənib və həmin qadından boşanıb. Təsadüflər burada bitmir.
Davam edək. Hər iki qardaşın ikinci yoldaşının adı “Betty”dir. Hər iki qardaş övladının adını “James Allan” qoyub. Qardaşların vərdişləri, sevdikləri və sevmədikləri şeylər də üst-üstə düşür. Hər iki qardaş eyni marka siqareti çəkir və eyni marka içkini içir.
Bu qədər təsadüf adamı şoka salır. Simuliyasiya? , Təsadüf? , Bəlkə bütün bunlar əvvəldən qurulmuş gizli bir testdir? Bəlkə başqa bir cavab var? Mənim cavabım yoxdur... Qərarı sizə buraxıram.
Müəllif
Ceyhun Qurbanov


