Albert Eynişeydi
Heyvanlar,Gündəm,Psixologiya

İllər sonra məşhur olan pinqvin videosunun sirri nədir?

1 aprel 2026

Pinqvin sürüsündən ayrılır və uzaqlarda gözdən itir...

Son günlərdə internetdə məşhurlaşan, hamının paylaşdığı bir pinqivin var… Videoda pinqivin öz sürüsündən ayrılır və yeməyin, suyun olduğu tərəfə yox, tam əks tərəfə - dağlara doğru gedir.

Bəs niyə?

Yetmiş kilometr uzaqlıqdakı dağlarda onu aclıq və ölüm gözləyir. Pinqvin niyə öz instinktlərinə qarşı çıxır? İki əsas sualımız var: Bu video niyə bu qədər məşhur oldu? Və pinqvin niyə əks istiqamətə gedir. İlk sualdan başlayaq.

Bu görüntülər 2007-ci ildə çəkilmiş Verner Hersoqun “Encounters at the End of the World” adlı sənədli filmindən bir hissədir. İllər sonra görüntülərin bu qədər məşhur olması, pinqvinin bir fəlsəfi simvola çevrilməsi - insanların monotonlaşmış həyatı, ürəyinin dərinliklərində sistemdən ayrılmaq istəyi, instiklərinə qalib gəlib istiqamətini dəyişməsi, tamamilə azad olması kimi fikirlər ilə üst-üstə düşür. Bu qısa video - cəsarət, azadlıq, səssiz üsyan, həyatdan qopmaq, içimizdə yaranan boşluqlar kimi fəlsəfi fikirləri simvolizə edir.

Qısaca desək, insanlar bu nihilist pinqvində öz arzularını, istəklərini görürlər. Ona görə onu sevirlər və paylaşaraq məşhurlaşdırırlar. İkinci sualın cavabı isə düşündüyümüz qədər romantik deyil. Alimlər bildirir ki, nə qədər nadir bir hal olsa da, pinqvinlərdə bu cür davranışlar müşahidə edilir.

Bunun əsas səbəbləri pinqvinlərin daxili istiqamət sisteminin pozulması və ya nevroloji xəstəliklərinin olması ilə bağlıdır. Suallarımızın cavabını tapdıq, düzdür. Amma hələ də içimizdə, bizi o dağa aparan qaranlıq hissə öz mövcudluğunu davam etdirir.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər