Hərbi sistemi püşkatma ilə olan ölkə
Taylandda gənclərin 2 seçimi var...
Taylandda gənclər hərbi xidmətə gedib-getməyəcəklərini püşkatma yolu ilə seçirlər. Bilirəm, çox qəribə səslənir, amma realdır.
Bu ölkədə hərbi xidmət sistemi belə işləyir. Gənclər 18 yaşında qeydiyyata alınır və 21 yaşında hərbi xidmətə çağrılır. 21 yaşa qədər könüllü şəkildə hərbi xidmətə yazılmaq mümkündür. Bu, çox böyük üstünlükdür. Çünki xidmətə könüllü gedən ali təhsillilər 6 ay, ali təhsili olmayanlar isə 1 il hərbi xidmət keçirlər.
Bəs xidmətə könüllü yazılmayan gəncləri nə gözləyir? Həmin gəncləri 21 yaşları tamam olanda bu videodakı kimi tutub gətirirlər püşkatmaya. Püşkatma görüntüləri çəkilir və televiziya kanallarında yayımlanır. Gənclər növbə ilə qutudan kart çəkirlər. Qırmızı kart çıxanda ali təhsillilər 1 il, ali təhsili olmayanlar 2 il məcburi hərbi xidmətə yollanırlar. Qara kart çəkən gənclər isə hərbi xidmətdən tamamilə azad olurlar.
Qutudakı qara və qırmızı kartların say nisbəti ərazidən və ildən asılı olaraq dəyişir. Lakin adətən qara kartların sayı daha çox olur. Yəni püşkatmada iştirak edən gənclərin hərbi xidmətdən azad olmaq ehtimalları daha çoxdur.
Onu da deyim ki, Taylandda əsgərlərə təxminən 300 dollar maaş da verilir...
Müəllif
Ceyhun Qurbanov


