Gündə 1 dollardan az pul xərcləyərək bütün dünyanı gəzən adam…
İstisnasız dünyanın bütün ölkələrini gəzib, hətta Azərbaycana da gəlib
Bu adam gündə 1 dollardan az pul xərcləyərək dünyadakı bütün ölkələri gəzib.
Dünyanı gəzmək haqqında çox adam düşünür, amma bunu az adam edə bilir. André Antoine Brugiroux da onlardan biridir.
Fransada böyüyən Andre 17 yaşında, 1955-ci ildə cibindəki 10 frankla evdən çıxır və düz 50 il boyunca dünyanın bütün ölkələrini gəzərək 2005-ci ildə səyahətini tamamlayır. Təbii ki, bu səyahət boyunca o, fasilələr verib, arada müxtəlif işlərdə işləyib. Andre səyahəti boyunca fərqli macərəlar yaşayıb - 7 dəfə həbs edilib, bir neçə dəfə ölümdən dönüb, soyulub, deportasiya edilib və sair.
Andre Antoine-nun getdiyi yerləri işarələdiyi xəritəsi var. Xəritəyə baxdım - Azərbaycana da gəlib. Andre Brugirouxun hazırda 89 yaşı var. Onun həyat fəlsəfəsi belədir. Dünya tək ölkədir!
Müəllif
Ceyhun Qurbanov


