Albert Eynişeydi
Tarix,Memarlıq

"Fort Boyard"ın maraqlı tarixçəsi

26 iyun 2026

Qalanı 1801-ci ildə Napoleon Bonapart tikdirib

Hər divarını, hər otağını, hər koridorunu əzbər bildiyimiz məşhur "Fort Boyard"ın tarixi. Müdafiə qalasından şouproqrama gedən yol.

Boyard qalası Fransanın qərb sahillərində Atlantik okeanın sularında yerləşir. Sən demə bu qalanı 1801-ci ildə Napoleon Bonapart tikdirib. Amma o, qalanın hazır halını görə bilməyib. "Fort Boyard"ın inşası uzun illər, uzun fasilələrlə davam edib və inşaat nəhayət 1857-ci ildə bitib. Qala hazır olanda artıq əvvəlki strateji əhəmiyyətini itirmişdi. Bir müddət Boyard qalası həbsxana kimi istifadə edilir. 1913-cü ilə qədər isə müdafiə qalası kimi fəaliyyət göstərir. İkinci Dünya müharibəsi dövründə almanlar buranı atış təlimi məqsədilə istifadə edir. Qala pis günə düşür. Müharibədən sonra isə yararsız bir yerə çevrilir.

Hökumət qalanı satışa çıxardır. Auksionda bir diş həkimi "Fort Boyardı" 20 min franka satın alır. Uzun illər qalada heç nə edilmir. Bütün biznes ideyalar uğursuz olur. Nəhayət, 1989-cu ildə məşhur prodüser Jak Antuan "Fort Boyard"ı 1.5 milyon franka satın alır.

Jak qalanın eksklüziv istifadə hüququnu özündə saxlayaraq onu simvolik qiymətə - 1 franka Şarant Dənizi Baş şurasına satır. Müqaviləyə əsasən, şura qalanı əsaslı təmir edir. Qalanın bərpasından sonra 1990-cı ildə "Fort Boyard" televiziya şousu başlayır və bütün dünya bu qalanı tanıyır.

Müdafiə qalası kimi uğursuz olan "Fort Boyard", televiziya proqramı kimi milyonlarla izləyicinin ürəyini fəth edə bilir...

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər