Albert Eynişeydi
İdman,Qəribə hadisə

"El Klasiko" tarixinin ən qalmaqallı oyunu: Real Madrid 11 - 1 Barselona

21 may 2026

Futbolçular məğlub olmadıqları təqdirdə ölümlə təhdid edilirlər...

Tarixin ən qalmaqallı “El-klasiko” oyununun pərdəarxası. Real Madrid 11 - 1 Barselona. Bu hesab “el-klasikolar” tarixindəki ən fərqli hesabdır. Amma bu hesabın arxasında qaranlıq tarix var.

13 iyun 1943-cü il. Dövrün diktatoru Fransisko Frankonun şərəfinə keçirilən kral kubokunun yarımfinal matçında Barselona klubu səfərdə Real Madridlə qarşılaşır. İlk oyunda Barselona 3-0 hesabı ilə rəqibini məğlub edir. Növbəti oyunda Franko oyunu izləməyə gəlir.

Oyundan bir neçə dəqiqə əvvəl əsgər və polislərdən ibarət dəstə Barselonanın paltardəyişmə otağına daxil olur. Futbolçular məğlub olmadıqları təqdirdə ölümlə təhdid edilirlər.

Oyun başlayır. Barselonanın müdafiəçisi Benitoya mübahisəli epizodda əsassız olaraqmeydandan qovdu . İlk hissə 8-0 hesabı ilə bitir. Onbir-sıfırlıq hesabdan sonra Barselona 89-cu dəqiqədə oyunun son qolunu vurur. Yarımfinal matçı 11:1 hesabı ilə bitir.

Bir neçə ay sonra hər iki klubun prezidenti işdən çıxarılır. Real Madridin yeni təyin olunan prezidenti Santiaqo Bernabeu, Barselonaya barışıq məktubu göndərd və klubdan üzr istədi.

“El-klasiko” tarixinin ən böyük hesablı oyunu, real madrid azarkeşlərinin heç vaxt fəxr edə bilməyəcəyi qaranlıq və çirkin tarixi ilə yadda qaldı.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər