Albert Eynişeydi
Heyvanlar,Pul,Qəribə hadisə

Dünyanın ən varlı pişiyi ilə tanış olun

1 aprel 2026

O, bütün sərvətini pişiyi “Blackie” üçün miras qoydu.

Milyonlarınız olsa, sərvətinizi öldükdən sonra kimə miras qoyarsınız? Ailənizə? Qohumlara? Bəlkə dostunuza?

Ben Rea adlı bu adamın vəsiyyəti min doqquz yüz səksən səkkizinci ildə öldükdən sonra açıqlandı və bu vəsiyyət onun yaxınlarını şoka salı. O, bütün sərvətini pişiyi “Blackie” üçün miras qoydu.

Hadisə İngiltərədə baş verib. Antikvar satıcısı Ben ölümündən sonra təxminən on iki tam onda beş milyon dollarlıq sərvətini pişiyi “Blackie” üçün miras qoyub. Təbii ki, bu sərvət həmin pişiyi dünyanın ən varlı pişiyi edib. Maraqlı məqam isə budur. Ben Rea tənha və kimsəsiz deyildi.

Onun ailəsi və qohumları var idi. Amma o, mirasını insanlara yox, pişiyinə bağışlamağı seçdi. Ben asosyal insan idi. İnsanlarla az ünsiyyətdə olurdu. Ben heyvanlarla dostluğu seçirdi. “Blackie” onun saxladığı on beş pişikdən sonuncusu idi.

Vəsiyyətnamədəki digər tapşırıqlar isə bunlar idi. Ben evlərindən birini dostuna bağışlamışdı. Evində işləyən insanlara isə bir qədər pul ayırmışdı. Qalan bütün sərvət pişiyin idi. Bu sərvəti idarə etmək isə xeyriyyə qurumlarına tapşırılmışdı. Bəli. “Blackie” səndən, məndən daha yaxşı həyat yaşadı və xoşbəxt öldü.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər