Albert Eynişeydi
Texnologiya,Rekordlar

Dünyanın ən uzun və ən ağır qatarı

7 aprel 2026

682 vaqondan ibarət olan qatar...

Dünyanın ən uzun qatarı neçə metr olar? Nə metri? Bu qatarın uzunluğu 7.3 kilometrdir...

2001-ci ildə “BHP Iron Ore” qatarı Avstralıyadakı “Newman” və “Yandi” mədənlərindən Qərbi Avstralyaya - “Port Hedland”ə doğru hərəkət etməyə başladı. Yüklə birlikdə ağırlığı 99 732 ton olan bu qatar - tarixin ən böyük rekordunu daşıyırdı. O, indiyə kimi görülmüş ən uzun və ən ağır qatar idi.

5648 təkəri olan “BHP” qatarı - 682 vaqondan ibarət idi. Bu ağır vaqonları çəkmək üçün hər biri 6000 at gücündə olan 8 ədəd supergüclü dizel-elektrik lakamativindən istifadə edilmişdi. Hər lakamativ üçün yanacaq tutumu 20 820 litr idi.

Qatarın yükü 82 262 ton idi. Bu yükü daşımaq üçün 3 mindən çox tır lazım olardı. “BHP” qatarı möhtəşəm mühəndislik nümunəsidir.

Qatarın ümumi uzunluğu 7353 metrdir. Təsəvvür edin ki, bu qatar Xırdalandan Biləcəriyə getsəydi, ilk vaqondan düşən adam Biləcəridə, son vaqondan düşən adam Xırdalanda olardı. [laugh]

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər