Albert Eynişeydi
Bioqrafiya,Qəribə hadisə

Dünyanın ən şanslı və ən şanssız adamı

11 avqust 2026

Bütün bunlar necə ola bilər?

Dünyanın ən şanslı və eyni zamanda ən şanssız adamı ilə tanış olun. Frano Selak.

O, 1929-cu ildə 7 aylıq doğulub. 11 yaşında görmə qabiliyyətini itirib və sonra gözləri yenidən açılıb. Amma bu hələ başlanğıcdır! Gəlin bu şanslı adamın həyatındakı önəmli hadisələrə birlikdə baxaq.

  • 1957-ci il. Mindiyi avtobus yoldan çıxıb çaya düşür. Sürücü və Frano sağ qalır.

  • 1962-ci il. Mindiyi sərnişin qatarı reysdən çıxıb çaya düşür. 17 nəfər boğularaq ölür və o yenə xilas olur.

  • 1963-cü il. Mindiyi təyyarənin qapısı qopur. 800 metr hündürlükdən saman tayasının üzərinə düşür, 4 gün komada qalır və ayılır. Qəzada digər 19 nəfər həlak olur.

  • 1966-cı il. Sanki tarix yenidən təkrarlanır. Avtobus yenə çaya düşür, 4 nəfər boğulur, Frano yenə qəzadan sağ çıxır.

  • 1972-ci və 1973-cü illərdə sürdüyü avtomobil iki dəfə alışaraq yanır. Selakın saçları da yanır, amma o yenə xilas olur.

  • 1995-ci il. Onu avtobus vurur. Ölümsüz adam yenə yüngül yaralarla sağ qalır.

  • 1996-cı il. Yük maşına ilə qarşı-qarşıya gələn Frano Selak avtomobilini sürətlə kənara çəkir və uçuruma yuvarlanır. Maşından çölə yıxılan Selak 150 metr aşağıdakı bir ağaca ilişərək ölümdən xilas olur.

  • 2003-cü il. Frano Selak öz ad günü ərəfəsində latareyadan indiki pulla 1 milyon avroya yaxın pul udur. Əvvəlcə özünə yaxta və yeni ev alır. İllər sonra hər şeyi sataraq pullarını dostlarına, qohumlarına və ehtiyacı olan insanlara paylayır. Frano sadəcə aylıq pensiyası ilə dolanmağa qərar verir.

  • 2014-cü il. Frano Selak infarkt keçirir, lakin yenə ölmür.

  • 2016-cı il. Nəhayət bu şanslı və şanssız adam həyatını dəyişir.

Çox qəribə hadisədir hə? Bəs inandınız? İllər sonra Frano Selakın oğlu Željko, atasının gopçu olduğunu, danışdığı hadisələrin uydurma olduğunu açıqladı. O, atasının jurnalistlərə pul verərək belə xəbərlər yazdırdığını bildirmişdi. Hadisələri araşdıran başqa insanlar arxivlərdə belə bir təyyarə və qatar qəzası tapmadılar. Bu şanslı adamın həyatındakı yeganə dəqiq məlumat latareyadan pul udması və onu insanlarla bölüşməyi olub.

Frano Selak hamını trolladı, düzdür... lakin yenə də tarixə xeyirxah insan kimi düşdü...

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər