Dünyanı “III Dünya Müharibəsi”ndən xilas edən adam
Rusiya və Amerika Birləşmiş Ştatları arasında soyuq müharibənin ən pik həddə olduğu dövr
26 sentyabr 1983-cü il. “Serpukhov 15” hərbi məntəqəsi. Həmin gün növbətçi hərbçi xəstələndiyi üçün polkovnik-leytinant Stanislav Petrov onu əvəz etməli olur. 44 yaşlı zabit, kreslosunda əyləşib monitorlara baxır.
Rusiya və Amerika Birləşmiş Ştatları arasında soyuq müharibənin ən pik həddə olduğu dövr yaşanılır. Gecə yarısı. Anidən monitordakı qırmızı təhlükə işıqları yanır və həyəcan siqnalı işə düşür. Bir neçə saniyə sonra sistemdə Amerika Birləşmiş Ştatlarının bazasından yüksələn və 5 nüvə başlığı daşıyan təyyarələri bildirən siqnallar işə düşür.
Protokola əsasən polkovnik cəld formada yuxarıya xəbər verməlidir. Rusiya höküməti qısa müddətdə qarşı tərəfə cavab vermək üçün öz nüvə silahlarını işə salmalıdır. Amma Stanislav Petrov dayanır və düşünür. O, buradakı digər zabitlərdən fərqli olaraq təhsilli bir mühəndisdir. Alqoritmlərin necə işlədiyini, sistemlərin xəta etmə ehtimallarının mövcud olduğunu bilir. Əsas bir fikir onun beynini məşğul edir. Bu hücum ona məntiqli gəlmir. "Əgər Amerika Birləşmiş Ştatları müharibəyə başlayıbsa, bunu cəmi 5 təyyarə ilə etməz..."
Polkovnik qaydalara qarşı çıxır və gözləməyi seçir. Bir neçə dəqiqə sonra bunun bir xəta olduğunu təsdiqləyirlər. Polkovnikin öz hisslərinə və məntiqinə əsaslanaraq gözləməyi seçməsi dünyanı “üçüncü dünya müharibəsindən” xilas edir. Sovet höküməti dağılana kimi həmin hərbi hissənin zabitləri bu məlumatı sir kimi saxlayır. Hökümət dağıldıqdan sonra bu məlumat medyaya açıqlanır və dünya, öz qəhrəmanını tanıyır.
Müəllif
Ceyhun Qurbanov


