Albert Eynişeydi
İqtisadiyyat,Dünya

Dünyadakı bütün sərvətin təxminən yarısı dünya əhalisinin cəmi 1.6 faizinin əlindədir

31 mart 2026

Dünya sərvəti insanlar arasında bu formada bölünüb

Bu məqalədə dünyadakı bütün sərvətin insanlar arasında necə bölündüyünü oxuyacaqsınız.

Dünyadakı bütün sərvətin təxminən yarısı, yəni 48 faizi dünya əhalisinin cəmi 1.6 faizinin əlindədir. Bu adamların ümumi sərvəti 226 trilyon dollardır.

Dünyada 60 milyon yetkin insanın 1 milyon dollardan çox pulu var. Sərvəti 100 min dollardan çox - 1 milyon dollardan az olan yetkin insanların sayı 628 milyondur. Bu adamların əlində isə 184 trilyon dollar var.

Sərvəti 10 min dollardan az olan yetkin insanların sayı 1.55 milyarddır. Bu 1.55 milyard yetkin insan, bütün ciblərini boşaldanda ortaya iki tam onda yeddi trilyon dollar çıxır. Həmin insanların sərvəti dünyadakı bütün sərvətin cəmi 0.6 faizini təşkil edir.

10 min dollar ilə 100 min dollar arasında sərvəti olan yetkin insanların sayı isə 1.57 milyarddır. Bu adamların əlində 57 trilyon dollar var.

Son olaraq dünyanın ən zəngin insanlarına baxaq. Sərvəti 1 milyard dollardan çox olan 2891 yetkin insan var. Bu zəngin insanların ümumi sərvəti 15 trilyon dollardan çoxdur. Bəli. Nə qədər ədalətsiz görünsə də, nəticələr belədir.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər