Albert Eynişeydi
İdman,Məşhurlar

Dünya Çempionatları tarixinin unudulmaz 5 anı - I Hissə

26 iyun 2026

Dünya Çempionatları tarixində baş verən ən maraqlı 5 hadisə

1986-cı il. Maradonanın İngiltərəyə əllə vurduğu qolu hamımız bilirik. Amma həmin oyuda başqa maraqlı bir məqam var. Həmin gün Argentinanın geyindiyi forma komandanın əsas forması deyildi. Rəsmi forma ağır və isti olduğu üçün komanda təcili olaraq göy rəngli köynəklər alıb, üzərinə loqo və rəqəmləri tikərək formaya çevirmişdi.

***

1950-ci il. Hindistan millisi Dünya Çempionatına vəsiqə qazanmışdı, lakin maraqlı bir səbəbdən turnirdən imtina etməli olmuşdular. Məsələ onda idi ki, Hindistan millisi futbolu ayaqyalın oynayırdı və FİFA buna icazə vermirdi.

***

1994-cü il. Kolumbiyalı müdafiəçi Andres Eskobar öz qapısına qol vurduğu üçün çempionatdan sonra güllələnərək öldürüldü. İddiaya görə, onu öldürən şəxs həmin oyunda çoxlu pul itirmişdi. Mərc oyunlarından uzaq durmaq lazımdır.

***

2002-ci il. Dünya Çempionatları tarixindəki ən sürətli qolu bir türk vurub. Həmin oyunu canlı izləmişəm. Üçüncülük uğrunda oynanılan Cənubi Koreya - Türkiyə oynunun start fitindən dərhal sonra İlham Mansızın pressinqi ilə koreyalılar topu itirir. Hakan Şükür 11-ci saniyədə bu fürsəti qola çevirərək tarixə düşür.

***

2006-cı il. Xorvatiya - Avstraliya oyununda hakim Graham Poll xorvat futbolçu Josip Simuniçə 3 dəfə sarı kart vermişdi. O, kartlardan birini unutmuşdu. Maraqlıdır ki, digər insanlar da həmin anı xatırlamamışdılar.

1970-ci ildə Brazilyanın qazandığı dünya kuboku 1983-cü ildə oğurlandı və heç vaxt tapılmadı.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər