Albert Eynişeydi
Ölkələr,Müharibə,Dünya

Bütün xalqını sığınacaqla təmin edə bilən yeganə ölkə

8 iyun 2026

100%-lik nəticə

İsveçrə dünyada yeganə ölkədir ki, bütün xalqını qoruyacaq qədər sığınacağa sahibdir.

İkinci Dünya Müharibəsindən sonra İsveçrə Nüvə silahlarına qarşı sığınacaqlar inşa etməyə qərar verdi. Bu qərar eyni zamanda Rusiya ilə soyuq müharibəyə görə və gələcəkdə baş verə biləcək Üçüncü Dünya Müharibəsinə hazırlıq məqsədi daşıyırdı.

2006-cı ilə qədər İsveçrədə təxminən 300 mindən çox sığınacaq inşa edilib. Hazırda bu rəqəm 360 mindən çoxdur. Bu sığınacaqlar ölkənin bütün əhalisini - yəni 9 milyon insanın hamısını qorumaq üçün lazım olan sığınacaq sayıdır.

Əhalisini sığınacaq ilə təmin etməsinə görə 100%-lik nəticə ilə İsveçrə dünya lideridir. Bu ölkədə hansı binanın zirzəmisinə ensəniz, qalın dəmir qapı və qaz əleyhinə filterli havalandırma sistemi ilə qarşılaşa bilərsiniz. Bu hüquqi bir məcburiyyətdir. Hər kəsin yaşadığı yerdən qısa zamanda çata biləcəyi sığınacaq olmalıdır.

İsveçrə hökuməti bu sığınacaqların inşasına təxminən 13 milyard dollar xərcləyib. Vətəndaşlarına dəyər verən ölkə üçün bu rəqəm heçnədir…

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər