Bu şəhərdə ölülərin sayı dirilərin sayından 6 dəfə çoxdur
Yerləşdiyi şəhərin 13%-ni tutan qəbiristanlıq
Hazırda dünyanın ən böyük qəbiristanlığı “Vadi-üs-Salam”dır. 1400 il yaşı olan qəbirisanlıqda 6 milyondan çox insanın qəbri var.
Qəbiristanlığın adının mənası “Sülh vadisi” deməkdir. “Sülh vadisi” İraqın Nəcəf şəhərində yerləşir və həmin şəhərin sahəsinin 13 faizini əhatə edir. Bu şəhərin cəmi 1 milyon əhalisi var. Yəni şəhərdə ölülərin sayı dirilərin sayından dəfələrlə çoxdur.
Qəbiristanlıqda əsasən, şiə müsəlmanlar dəfn edilib. Bu qədər çox insanın burada dəfn edilməsinin səbəbi Həzrəti Əlinin türbəsinə yaxın olmaqdır. Ölümdən sonra möminlərin ruhlarının burada toplandığına inanırlar.
Dəfn yerlərinin qiyməti bir neçə min dollardan başlayır. Qiymətlər və xərclər Həzrəti Əli türbəsinə yaxınlaşdıqca artır.
Müəllif
Ceyhun Qurbanov


