Albert Eynişeydi
Dünya,Səyahət

Böyük səhra olmasaydı, Amazon meşəsi də olmazdı!

11 avqust 2026

Təbiətin möhtəşəmliyi...

Dünyanın ən quru yeri olmasaydı, dünyanın ən yaşıl yeri də olmazdı. Çox qəribədir, amma realdır. Söhbət Sahara və Amazondan gedir.

Hər il milyonlarla ton səhra qumu küləklər vasitəsilə Afrikadan Atlantik okeanını keçərək Amazona daşınır. Həmin qumlar Amazon meşəsi üçün həyati əhəmiyyət daşıyan fosforla zəngindir. Amazonda tez-tez yağan yağışlar torpaqdakı mineralları yuyub aparır. Minlərlə kilometr yol gələn Sahara qumu köməyə çatır və itirilən fosforu bərpa edir.

Təbiət möhtəşəm işləyir. Dünyanın ən quru yeri dünyanın ən nəmli yerini qidalandırır. Möhtəşəmdir!

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər