Balaca meymun Panç və onun oyuncaq anası
6 ay əvvəl yeni doğulan meymun, anası tərəfindən tərk edilib...
Anası tərəfindən tərk edilən bala meymun Panç, təsəllini meymun oyuncağında tapır. Bu meymunun görüntüləri dünyada viral olub.
Yaponiyanın İçikava şəhər zoparkında 6 ay əvvəl yeni doğulan meymun, anası tərəfindən tərk edilib. Meymunlarda bu cür hallara rast gəlinir. Adətən digər meymunlar analıq vəzifəsini öz üzərlərinə götürürlər. Amma bu dəfə heç kim Pança yaxın gəlməyib. Zoparkın işçiləri Pança baxmağa başlayıblar.
Yeni doğulan meymunlar əzələlərini inkişaf etdirmək üçün analarının tüklərindən tutaraq hərəkət edirlər. İşçilər Pançın inkişafı üçün uzun dəsmallar və müxtəlif oyuncaqlardan istifadə ediblər. Balaca Panç təkcə bu gördüyünüz oranqutan oyuncağını sevir və onu özünə “yeni ana” seçir.
Panç hara getsə, oyuncaq meymununu da özü ilə aparır, onunla oynayır, onu anası kimi qucaqlayıb yatır. Və meymun Pançın bu görüntüləri sosial mediada məşhur olur. Ən yaxşı xəbər isə budur. Hazırda, zoparkda başqa bir meymun Pança analıq etməyə başlayıb. Panç hələ də oyuncaq anasından tam ayrıla bilməsə də, artıq digər meymunlarla ünsiyyət qurmağa başlayıb. Dayan Panç! Dayan, Panç!
Müəllif
Ceyhun Qurbanov


