Albert Eynişeydi
Qəribə hadisə

Bağlanmış uçuş zolağını təmizləyərək 81 insanın həyatını xilas etdi

14 aprel 2026

Sergey Sotnikov 12 il əvvəl bağlanmış uçuş zolağında könüllü xidmətini davam etdirirdi...

Rusiyanın “İjma” adlı kiçik bir kəndində Sergey Sotnikov adlı şəxs 12 əvvəl bağlanan uçuş zolağını bu illər ərzində təmizləyib, rəngləyib və daim işlək vəziyyətdə saxlayıb.

2010-cu ildə “Tu-154” təyyarəsi dəniz səviyyəsindən 10 min metr yüksəklikdə ciddi texniki problemlərlə üzləşdi. Naviqasiya cihazları söndü, yanacaq nasosları dayandı. Pilotların cəmi bir seçimi var idi. Aşağıdakı Tayqa meşələrinə enmək...

Bu eniş ölümcül olacaqdı. Pilotlar bir neçə dəqiqə sonra həyatlarının möcüzəsini yaşadılar. Meşənin ortasında təmizlənmiş uçuş zolağı göründü. Təyyarə uçuş zolağına eniş etdi. 81 insanın həyatı xilas oldu.

12 il boyunca heç bir maaş almadan uçuş zolağını nizam-intizamla təmiz saxlayan Sergey kişi milyonlarla insanın qəhrəmanına çevrildi. Bəzən hansısa iş dünyanın ən əhəmiyyətsiz işi kimi görünə bilər. Amma həmin iş başqa birinin son ümidi, xilaskarı ola bilər.


C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər