Albert Eynişeydi
Tibb,Qəribə hadisə

75 il əvvəl ölən bu qadının hüceyrələri hələ də yaşayır

7 aprel 2026

Hüceyrələrinin 1 flakonu 700 dollardan satılır

1951-ci ildə xərçəngdən ölən bu qadının hüceyrələri hələ də yaşayır və hazırda həmin hüceyrələrin ümumi ağırlığı tonlarla ölçülür… İnanılmaz səslənir. Amma həqiqətdir!

1951-ci ildə afroafrikalı 5 uşaq anası Henrietta Lacks, ağrılar və qanaxmalar səbəbilə “Hopkins” xəstəxanasına gedir. Həkimlər ondan biopsiya götürür və qadının uşaqlıq boynu xərçəngi olduğu məlum olur. Həmin qadın 9 ay sonra - 31 yaşında vəfat edir.

Ondan götürülən nümunələr labaratoriyada analiz edilir. Həkim George Otto bu hüceyrələrdə qəribə bir şey müşahidə edir. Labaratoriyadakı digər xərçəng hüceyrələri ölür, amma qadından götürülən hüceyrələr ölmür və hər 24 saatda iki dəfə çoxalır.

Bu hüceyrələrin adını “HeLa” hüceyrələri qoyurlar. “HeLa” adı qadının ad və soyadının baş hərflərinin birləşməsidir.

Qadının ölümündən 75 il keçib. Amma həmin hüceyrələr hazırda dünyanın müxtəlif yerlərində yaşamağa və çoxalmağa davam edir.

"HeLa" hüceyrələri canlı insanlar üzərində təcrübə aparmadan toksinlərin, dərmanların, hormonların və virusların xərçəng hüceyrələrinin böyüməsinə təsirini araşdırmaq üçün istifadə olunur. Bundan başqa müxtəlif vaksinlərin testi də bu hüceyrələrlə aparılır.

Hazırda “HeLa” hüceyrələrinin 1 flakonu 700 dollardan satılır. George Ottonun bu hüceyrələrdən pul qazanmadığı deyilir. Amma bu məsələ şübhəlidir. Çünki qadının ailəsi 25 il boyunca “HeLa” hüceyrələrinin varlığından xəbərsiz olublar. Onlardan icazə istənilməyib və onlara hər hansı bir ödəniş edilməyib.

Qəribə hadisədir. Henrietta Lacksın hüceyrələri milyonlarla insanın həyatını xilas edib. O, 75 il əvvəl ölsə də, bioloji olaraq hələ də yaşayır…

Məhkəmənin qərarı ilə 2026-cı ilə Henrietta Lacks ailəsinin hüquqları bərpa edildi. Ailə açıqlanmayan şərtlərlə qarşı tərəfdəki şirkətlə razılaşdı.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər