Albert Eynişeydi
Tibb,Faydalı

63 il boyunca qan verərək 2.4 milyon uşağın həyatını xilas edən adam

31 mart 2026

Həyatı boyunca 1173 dəfə qan verərək 2.4 milyon uşağın həyatını xilas edən adam

Həyatı boyunca 1173 dəfə qan verərək 2.4 milyon uşağın həyatını xilas edən adam hekayəsini oxuyursunuz.

Bu şəxsin adı Ceyms Kristofer Harrisondur. 14 yaşı olanda Ceyms ciddi bir əməliyyat keçirib və ona çoxlu qan köçürməsi sayəsində yaşaya bilib.

İynədən çox qorxmağına baxmayaraq bu mənəvi borcu ödəmək üçün 18 yaşından etibarən qan verməyə başlayıb. Ceymsin qanında qeyri-adi dərəcədə güclü və "D Rh antigeni"nə qarşı davamlı anticisimlər aşkarlanıb. Bu tip anticismlər yeni doğulan körpələrdə “HDN” xəstəliyinin qarşısını almaq üçün istifadə edilən preparatların hazırlanmasında istifadə edilir.

Ceyms, qanındakı bu dəyərli gücü ömrü boyunca uşaqların xilası üçün istifadə etməyə qərar verib. O, 18 yaşından 81 yaşına qədər - düz 63 il boyunca hər 3 həftədən bir davamlı olaraq qan verib. 81 yaşına kimi 1173 dəfə qan verib. Ceymsin verdiyi qanlar 2.4 milyon uşağın həyatını xilas edib.

O, 88 yaşında hüzur içində - yuxuda vəfat etdi və xilas etdiyi milyonlarla uşağın ürəyində əbədi iz qoydu.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər